"Taliban" Əfqanıstanda oğurluq edənlərin əlini kəsəcək - ABŞ-dan sərt reaksiya
25 sentyabr 2021 03:33 (UTC +04:00)

"Taliban" Əfqanıstanda oğurluq edənlərin əlini kəsəcək - ABŞ-dan sərt reaksiya

ABŞ administrasiyası “Taliban”ın Əfqanıstanda cinayət əməllərinə görə edam və bədənə xəsarət yetirmək kimi cəza növlərini bərpa etməklə bağlı planlarını qəti şəkildə pisləyir.

APA TASS-a istinadən xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Ned Prays bildirib.

“Biz əfqanlar arasında ətrafların kəsilməsi və edam edilmə kimi cəza növlərinin yenidən bərpası planlarını qəti şəkildə qınayırıq. “Taliban”ın bəyan etdiyi bu cür hərəkətlər insan hüquqlarının kobud şəkildə pozulması deməkdir və bu cür pozuntulara yol verənləri məsuliyyətə cəlb etmək niyyətindəyik”, - deyə Prays brifinq zamanı vurğulayıb.

Qeyd edək ki, “Associated Press” ötən gün “Taliban”ın görkəmli nümayəndələrindən biri Molla Nuruddin Turabiyə istinadən xəbər verib ki, hərəkatın nümayəndələri Əfqanıstanda oğurluq cinayətinə görə əzaların kəsilməsi təcrübəsinə riayət etmək niyyətindədirlər.

# 1275
avatar

Oxşar yazılar