Supermenin ilk komiksinin nüsxəsi rekord qiymətə  satıldı
22 noyabr 2025 01:23 (UTC +04:00)

Supermenin ilk komiksinin nüsxəsi rekord qiymətə satıldı

0

1939-cu ildə nəşr olunan Supermenin ilk komiksinin bir nüsxəsi ABŞ-ın Texas ştatının Dallas şəhərində keçirilən Heritage Auctions hərracında 9,12 milyon dollara satılıb.

Lent.az xəbər verir ki, bu, dünya üzrə komiks tarixində yeni rekord hesab olunur.

Hərrac evinin açıqlamasında bildirilir ki, Şimali Kaliforniyada bir ailənin evinin çardağında tapılan bu nadir nüsxə dünyanın ən bahalı komiksi statusunu əldə edib.

Heritage Auctions-in məlumatına görə, əvvəlki rekord 2024-cü ildə 6 milyon dollara satılan Action Comics-in ilk nömrəsinə məxsus idi.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 90

Oxşar yazılar