Filippində ölkəyə qaçaqmalçılıq yolu ilə soğan gətirilir.
Lent.az-ın xarici mətbuata istinadən xəbərinə görə, soğan demək olar ki, Filippin yeməklərinin hamısında əsas tərkib hissədir.
Ölkənin Kənd Təsərrüfatı Departamentinin məlumatına görə, qırmızı və ağ soğanın kiloqramı 600 Filippin pesosuna (11 dollar), toyuq ətinin kiloqramı isə 220 pesoya satılır. Soğanın kiloqramının qiyməti gündəlik minimum əmək haqqından yuxarı qalxdığından, hətta mal əti soğandan 30 faiz ucuzdur.
Soğan o qədər bahalaşıb ki, ölkəyə qaçaqmalçılıq yolu ilə gətirilir. Filippin dövlət xəbər agentliyinin verdiyi məlumata görə, gömrük əməkdaşları dekabrın 23-də yoxlama zamanı geyim yükündən gizlədilən 310 min dollar dəyərində ağ soğan götürüblər.