Slovakiyanın paytaxtı Bratislava yaxınlığında iki qatarın toqquşması nəticəsində bir neçə nəfər xəsarət alıb.
Lent.az xəbər verir ki, bu barədə TASR agentliyi məlumat yayıb.
Məlumata görə, hadisə Bratislava ilə Pezinok şəhərləri arasında baş verib.
“Hadisə yerində xilasedici xidmətlər işləyir, bir neçə nəfərin xəsarət aldığı bildirilir,” – deyə məlumatda qeyd olunur.
Qəza səbəbindən qatarların hərəkətində ciddi gecikmələrin olacağı gözlənilir. Hadisənin səbəbləri hələlik müəyyənləşdirilməyib.