Şirkət rəhbəri gəlirinin 70 faizini işçilərə payladı - 26 milyon dollar
26 fevral 2026 19:01 (UTC +04:00)

Şirkət rəhbəri gəlirinin 70 faizini işçilərə payladı - 26 milyon dollar

0

Çində kran və materialların emalı üçün avadanlıq istehsal edən bir şirkətin rəhbəri ötən ilin mənfəətinin 70 faizini, təxminən 26 milyon dollardan çox məbləği əməkdaşlarına paylayıb.

Lent.az xarici KİV-ə istinadla bildirir ki, şirkət əməkdaşları pul bonuslarının əhəmiyyətli hissəsini korporativ bayram tədbiri zamanı alıblar.

Onlar səhnəyə çıxaraq mükafatlarını alıblar və ziyafət masalarının üzərinə düzülmüş pul dəstələrindən öz bonuslarını özləri sayaraq götürüblər.

Onlayn şəkildə paylanan bonuslar da nəzərə alınmaqla, ilin sonuna ümumi ödəniş məbləği 180 milyon yuandan (26 milyon dollardan çox) artıq olub.

Məlumata görə, şirkətin 2025-ci il üzrə mənfəəti 270 milyon yuan təşkil edib. Bu isə o deməkdir ki, qazancın təxminən 70 faizi 7000 əməkdaş arasında bölüşdürülüb. 2002-ci ildən fəaliyyət göstərən şirkətin rəhbəri Tsuy Peytszyun müəssisənin təxminən 98,88 faiz səhmlərinə sahibdir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 286

Oxşar yazılar