Şimali koreyalı idmançılar Paris Olimpiadasında güldükləri üçün  cəzalandırılır
27 avqust 2024 14:34 (UTC +04:00)

Şimali koreyalı idmançılar Paris Olimpiadasında güldükləri üçün cəzalandırılır

Paris Olimpiadasında Şimali Koreyanı təmsil edən stolüstü tennisçilər digər idmançılarla selfi çəkdirdiklərinə görə səlahiyyətlilər tərəfindən cəzalandırılır.

Lent.az-ın xarici mediaya istinadla məlumatına görə, qeyd olunur ki, söhbət Ru Jin Sink və Kim Kim Yonqdan gedir. Şimali Koreya rəsmiləri onları KXDR-in bir nömrəli düşməni hesab etdiyi Cənubi Koreya idmançıları ilə çəkdirdikləri fotoda gülümsədikləri üçün qınayıblar.

Belə ki, idmançılar vətənə qayıdandan sonra avqustun 15-dən onlar barəsində üç mərhələli yoxlama başlayıb.

Şimali Koreyalı idmançıları cəzalandırmaq istədikləri foto Çin, Cənubi Koreya və KXDR idmançıları ilə birgə çəkilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 771
avatar

Oxşar yazılar