Şimali Koreya yenə raket atdı
05 yanvar 2022 06:25 (UTC +04:00)

Şimali Koreya yenə raket atdı

Koreya Xalq Demokratik Respublikası (KXDR) yerüstü qurğudan ballistik raket atışı həyata keçirib. Raket Yapon dənizinə düşüb.

Lent.az-ın xəbərinə görə, bu barədə Yonhap agentliyi Koreya Respublikasının Qərargah Rəisləri Komitəsinə istinadla məlumat yayıb.

Yaponiya tərəfi də raket buraxılışını təsdiqləyib. NHK televiziyasının xəbərinə görə, Şimali Koreyadan buraxılan raket Yapon dənizində Yaponiyanın iqtisadi zonasından kənara düşüb. Müdafiə nazirliyi raket atışı nəticəsində gəmi və təyyarələrin zərər çəkmədiyini açıqlayıb. 
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1551
avatar

Oxşar yazılar