Şimali Koreya bazar günü növbəti ballistik raket buraxılışını həyata keçirib.
Lent.az-ın Yonhap agentliyinə istinadla xəbərinə görə, buraxılış Pxenyanın 3 gün əvvəl bərk yanacaqlı mühərrik layihələndirməsinə dair xəbərindən sonra reallaşıb.
Cənubi Koreya rəsmiləri bildirir ki, sanksiyalara rəğmən KXDR raket arsenalını təkmilləşdirməyi bacarıb.