Serj Sarkisyan
08 oktyabr 2021 19:26 (UTC +04:00)

Serj Sarkisyan

Serj Sarkisyan kazinoda 100 milyon dollar uduzub? - İddialar istintaqa göndərildi

0

Ermənistanın Baş Prokurorluğu eks-prezident Serj Sarkisyanın Baden-Baden kazinolarında 100 milyon dollar uduzması ilə bağlı məsələni araşdırır.

Lent.az APA-ya istinadla bildirir ki, “Sputnik Armenia”yanın xəbərinə görə, bu barədə məlumatları artıq xüsusi istintaq xidməti araşdırır.

Baş Prokuroruluq məlumatların araşdırılması üçün daha əvvəl polisə müraciət etsə də cavab almayıb.

Qeyd edək ki, Ermənistan parlamentinin avqustun 25-dəki iclasında “Vətəndaş müqaviləsi” partiyasından deputat Xaçatur Sukiasyan üçüncü prezident Serj Sarkisyanın Baden-Badendəki kazinolarda 100 milyon dollar uduzduğunu deyib.

Bundan sonra S.Sarkisyan deputatla bağlı məhkəməyə müraciət edib.

Ermənistanın üçüncü prezidenti Baden-Badenə səfərini danmasa da, kazinolara baş çəkmədiyini qeyd edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2151

Oxşar yazılar