Bu günlərdə Fransada baş vermiş hadisə Parisin Şarl de Qoll aeroportunun təhlükəsizlik sistemi ilə bağlı ciddi şübhə yaradıb.
Lent.az-ın xəbərinə görə, bir qadın pasportu və uçuzş bileti olmadan Vaşinqtona uçan təyyarəyə minərək təyinat nöqtəsinə çata bilib.
Hadisədən Vaşinqton aeroportunun əmnəkdaşları xəbər tutaraq Fransa rəsmilərinə etiraz məktubu ünvanlayıblar.
Ötən ay isə bir rus qadın Londona uçan təyyarəyə sənədsiz minsə də, şübhəli davrandığı üçün stüardessa onu düşürmüşdü.