Özünü jurnalist kimi təqdim edib vəzifəli şəxslərdən pul alan saxlanılıb.
Lent.az-ın Türkiyə mediasına istinadən xəbərinə görə, hadisə Bursa şəhərində qeydə alınıb. Yerli qəzet təsisçisi olan və sosial şəbəkə hesablarında köşə yazarlığı edən Necmi İnce Bursa Böyükşəhər bələdiyyəsinin sədrindən şantaj yolu ilə 5 milyon lirə ( təxminən 892 min manat) pul istəyib.
Faktla bağlı şəhər polis idarəsinin əməkdaşları əməliyyat keçirərək “jurnalist”i tutublar. O, məhkəmə zalındaca həbs olunub.
Qeyd edək ki, N. İnce 2020-ci ildə də Bursada iş adamlarından birinin bahalı villaları haqqında xəbər yazmamaq üçün pul istəyib. Lakin o, həmin an polis tərəfindən edilən basqın zamanı saxlanılmışdı.