Sankt–Peterburqda atışma:  POLİS İKİ TƏLƏBƏNİ APARDI
22 oktyabr 2021 06:11 (UTC +04:00)

Sankt–Peterburqda atışma: POLİS İKİ TƏLƏBƏNİ APARDI

Rusiyanın Sankt–Peterburq şəhərinin Kirovski rayonu, Oxotniçy zolağı 9 ünvanında atışma olması barədə polisə məlumat daxil olub. 

APA Rusiya Daxili İşlər Nazirliyinin Sankt-Peterburq və Leninqrad vilayəti üzrə Baş İdarəsinin mətbuat xidmətinin yaydığı məlumatına əsasən xəbər verir ki, hadisə ilə bağlı 2 kollec tələbəsi saxlanılıb.

Onlardan birinin üzərindən patronsuz tapança aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır. 
 

# 1347
avatar

Oxşar yazılar