Gürcüstanın Vahid Milli Hərəkat müxailfət partiyası sabiq prezident Mixeil Saakaşvilinin həbsdən azad edilməsi üçün plan tərtib edib.
Lent.az-ın Gürcüstan mediasına istinadla xəbərinə görə, bu barədə partiyanın təmsilçisi Kobia Nakopiya məlumat verib.
Nakopiya bildirib ki, partiyanın məqsədi Saakaşvilinin polisin nəzarətinə verilməklə azadlığa buraxılmasına nail olmaqdır. Keçmiş prezidentin səhhəti onun uzun müddət həbsdə saxlanmasına imkan vermir.