Mixail Saakaşvili
01 oktyabr 2021 12:03 (UTC +04:00)

Mixail Saakaşvili

Saakaşvilidən tərəfdarlarına ÇAĞIRIŞ: "Tbilisidə mitinqə toplaşın"

Oktyabrın 1-də vətəninə qayıtdığını elan edən Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili, tərəfdarlarını bələdiyyə seçkilərindən sonra Tbilisidə mitinqə toplaşmağa çağırıb. 

Lent.az bildirir ki, bu barədə “Novosti Georgia” məlumat yayıb.

“Oktyabrın 3-də səhər seçkilərin nəticələrini müdafiə etmək üçün Gürcüstanın hər yerindən Tbilisiyə gedəcəyik. Mən belə avtomobil karvanlarından birinə qoşulacağam. İstəyim budur ki, bu cür karvanlar çoxsaylı və hərəkətli olsun ki, dayandıra bilməsinlər”, - keçmiş prezident sosial şəbəkələrdə yazıb.

Bu arada hakim "Gürcü Arzusu" partiyasının sədri İrakli Kobaxidze Saakaşvilinin ölkəyə qayıtdığını inkar edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1300

Oxşar yazılar