Mixeil Saakaşvili
21 oktyabr 2021 06:17 (UTC +04:00)

Mixeil Saakaşvili

Saakaşvili sonda razılaşdı: “HAZIRAM”

“Eks-prezident Mixeil Saakaşvili bildirib ki, xəstəxanaya köçürülməsinə hazırdır, lakin bunun nə vaxt olacağı məlum deyil”.

APA xəbər verir ki, bunu Saakaşvilinin şəxsi həkimi Nikoloz Kipşidze bildirib.

Həkimin sözlərinə görə, təfərrüatlar səhiyyə və ədliyyə nazirlikləri ilə müzakirə olunacaq: 
“Xəstəxanaya yerləşdirilmə eks-prezidentin aclıq aksiyasına son verməsi demək deyil.
Saakaşvilinin klinikada nə qədər qalacağı da məlum deyil”.

Qeyd edək ki, daha əvvəl ədliyyə naziri Rati Breqadze Saakaşvilinin, lazım gələrsə, həbsxananın xəstəxanasına köçürüləcəyini bildirmişdi.

Xatırladaq ki, Saakaşvili bir neçə cinayət işi üzrə oktyabrın 1-də Gürcüstanda saxlanılıb. 
 

# 4341
avatar

Oxşar yazılar