Rusiyanın Ukraynadakı itkiləri dəhşətli həddə  çatıb - Britaniya kəşfiyyatı
02 iyun 2024 17:52 (UTC +04:00)

Rusiyanın Ukraynadakı itkiləri dəhşətli həddə çatıb - Britaniya kəşfiyyatı

Britaniya kəşfiyyatı müəyyən edib ki, bu gün 2022-ci ilin fevralında müharibə başlayandan bəri Rusiya itkilərinin (ölən və yaralananların) ümumi sayı artıq 500 min nəfərə çatıb. Kreml bu rəqəmləri tanımır. Lakin məlumdur ki, rus əsgərləri öz həmkarlarının cəsədlərini döyüş meydanından götürmürlər. Beləliklə, onların ölümünü gizlətmək daha asandır və ailəyə kompensasiya ödəməli olmurlar.

Lent.az xarici mediaya istinadla bildirir ki, Böyük Britaniyanın Müdafiə Nazirliyi müharibədəki bu itki barədə “Twitter”də məlumat yayıb.

Xülasədə qeyd edildiyi kimi, Rusiyanın itkiləri 2024-cü ildə yüksək olaraq qalmaqda davam edib, Rusiya ordusunun şəxs heyətinin may ayında gündə orta hesabla 1200-ü keçib, bu, müharibənin başlamasından bəri ən yüksək göstəricidir.

Britaniya kəşfiyyatı bildirir ki, itkilərin artması Rusiyanın geniş cəbhədə hərtərəfli hücumunun əksi ola bilər.

Kəşfiyyat rəsmiləri qeyd edirlər ki, Rusiya qüvvələrinin əksəriyyəti yalnız məhdud təlimə malikdir və mürəkkəb hücum əməliyyatları aparmaq iqtidarında deyil. Nəticədə, Rusiya Ukraynanın müdafiəsini zəiflətmək üçün kiçik miqyaslı, lakin baha başa gələn dalğa hücumlarından istifadə edir.

Britaniya hərbçiləri vurğulayır ki, Rusiya bu yanaşmanı dəstəkləmək üçün əlavə qüvvələr cəlb etməyə davam edir. Bununla belə, cəbhə bölgəsindəki şəxsi heyətin davamlı olaraq artırılması zərurəti demək olar ki, “Rusiyanın daha yüksək tutumlu bölmələr yaratmaq imkanlarını məhdudlaşdırmağa” davam edəcək.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 11244
avatar

Oxşar yazılar