Rusiyanın Novosibirsk şəhər aeroportuna 100-dən çox tabut gətirilib.
Lent.az xarici mətbuata istinadən xəbər verir ki, onların əksəriyyəti Ukraynada həlak olan muzdlulardır. Tabutların üzərinə təbaşirlə onların bundan sonra göndəriləcəyi ünvan qeyd edilib.
Yerli jurnalistlər həlak olanların bir neçəsinin "vaqnerçi" olduğunu dəqiqləşdirib.
Novosibirskin Tolmaçevo aereportunun anbarlarının birində üst-üstə yığılan tabutlara həyəcansız baxmaq olmur.