Rusiyada hərbi komissar müəmmalı şəkildə ölüb.
Lent.az yerli KİV-ə istinadla bildirir ki, Partizansk, Partizanski və Lazovski rayonlarının hərbi komissarı Roman Malık oktyabrın 14-də axşam saatlarında dünyasını dəyişib. Bu barədə Primorsk vilayətinin Partizanski şəhər dairəsi administrasiyasının mətbuat xidməti məlumat yayıb.
Malıkin “faciəli şəkildə dünyasını dəyişdiyi” bildirilir.
Telegram kanallarının məlumatına görə, hərbi komissarın cəsədi gecə saatlarında Seledtsova küçəsindəki hasarın yaxınlığında tapılıb.
İstintaq tədbirləri davam etdirilir, hərbi komissarın ölümünün rəsmi səbəbi hələlik açıqlanmır.