Rusiya Dövlət Dumasında Ukraynadakı müharibəyə sahibsiz itlərin göndərilməsi təklif edilib.
Lent.az-ın xarici mətbuata istinadən verdiyi məlumata görə, Dövlət Dumasının deputatı Fedot Tumusov hesab edir ki, sahibsiz itlərin Ukraynaya qarşı müharibədə faydalı olması üçün onlara müxtəlif bacarıqlar öyrədilməlidir.
Siyasətçi qeyd edib ki, Rusiyada itlərə hər cür müxtəlif bacarıqları öyrədə bilən çoxlu it baxıcıları var.
"İt baxıcıları iri və aqressiv itləri öyrədib müharibədə yaralıların çıxarılmasında köməklik göstərə və minaların təmizlənməsində iştirak edə bilərlər”.