İqor Konaşenkov
31 mart 2022 21:34 (UTC +04:00)

İqor Konaşenkov

Rusiya MN: Ukraynanın 350 PUA-sı məhv edilib

0

Rusiyanın hava hücumundan müdafiə sistemiləri İzyum şəhərindən 30 kilometr qərbdə Ukraynaya məxsus Mi-24 helikopterini vurub. 

Lent.az-ın APA-ya istinadla məlumatına görə, bunu Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov bildirib.

O,  həmçinin Tamarino, Lisiçansk və Volnovaxa yaşayış məntəqələri ərazilərində Ukraynaya məxsus dörd pilotsuz uçuş aparatının vurulduğunu söyləyib.

“Rusiya hava kosmik Qüvvələrinin hava hücumundan müdafiə sistemləri İzyum şəhərindən 30 kilometr qərbdə havada bir Ukrayna Mi-24 helikopterini, həmçinin Tamarino, Lisiçansk və Volnovaxa yaşayış məntəqələri ərazilərində Ukraynaya məxsus dörd pilotsuz uçuş aparatını vurub", deyə Rusiya MN sözçüsü vurğulayıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1881

Oxşar yazılar