Oktyabrın 12-də Rusiya hərbçiləri Donetsk vilayətinin Avdeevka bazarına hücum ediblər, nəticədə 7 nəfər ölüb, 8 nəfər yaralanıb.
Lent.az xarici mediaya istinadla bildirir ki, bu barədə Donetsk vilayət dövlət administrasiyasının rəhbəri Pavel Kirilenko məlumat verib.
Kirilenko “Facebook”da yazıb: “Ruslar insanların çox olduğu mərkəzi bazarı vurublar.
O, bir daha bölgə sakinlərini köçürməyə çağırıb.