Rusiya azərbaycanlı qadını terrorçuluq ittihamı ilə  baynəlxalq axtarışa verdi
31 oktyabr 2025 00:15 (UTC +04:00)

Rusiya azərbaycanlı qadını terrorçuluq ittihamı ilə baynəlxalq axtarışa verdi

0

Rusiya Azərbaycanlı qadını beynəlxalq axtarışa verib. 

Lent.az-ın məlumatına görə, bu barədə İnterpolun saytında məlumat yerləşdirilib. 

Məlumatda qeyd olunur ki, Qusar rayonunun Nəcəfkənd kəndindən olan, 44 yaşlı Gövhər Ağaverdiyeva terrorçuluqda və qanunsuz silahlı qruplaşmada iştirak etməkdə təqsirli  bilinir. 

Gövhər Ağaverdiyeva Rusiyanı tərk etdiyi üçün barəsində axtarış elan olunub və saxlanılması üçün İnterpola müraciət edilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 410

Oxşar yazılar