Rubio: Ukrayna danışıqlarında əsas mübahisəli məqam  Donetskin 20%-idir
03 dekabr 2025 08:45 (UTC +04:00)

Rubio: Ukrayna danışıqlarında əsas mübahisəli məqam Donetskin 20%-idir

0

Ukrayna münaqişəsinin həlli ilə bağlı danışıqlarda əsas mübahisəli məqam Kiyevin nəzarəti altında qalan Donetsk ərazisinin 20%-i ilə bağlıdır.

Lent.az xəbər verir ki, bunu ABŞ Dövlət katibi Marko Rubio “Fox News”a açıqlaması zamanı bildirib.

"Onların hazırda sözün əsl mənasında mübahisə etdiyi şey təxminən 30-50 kilometrlik ərazi və Ukraynanın nəzarəti altında qalan Donetsk bölgəsinin 20%-i ilə bağlıdır. Biz ukraynalıların nə ilə yaşaya biləcəyini, gələcək üçün onların təhlükəsizliyini nəyin təmin edəcəyini anlamağa çalışırıq və düşünürəm ki, müəyyən irəliləyiş əldə etmişik", - Rubio deyib.

Dövlət katibi onu da bildirib ki, ABŞ Ukraynadakı münaqişəni həll etmək üçün çalışır, lakin ona son qoymaq qərarı Moskva və Kiyevdən asılıdır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 166

Oxşar yazılar