ABŞ-da Respublikaçılar Partiyasının nümayəndələri üzərində Amerika bayrağı olan Qrenlandiya formasında tort kəsib yeyiblər.
Lent.az xəbər verir ki, Britaniyanın “The i Paper” qəzeti tədbirin videosunu “TikTok” hesabında paylaşıb.
"Kennedi Mərkəzindəki bir məclisdə respublikaçılar Amerika bayrağının rənglərinə boyanmış Qrenlandiya formasında tort kəsdilər", - deyə başlıqda bildirilir.