Bu gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Büyük Çamlıca məscidində cümə namazında iştirak edib.
APA-nın “Hürriyət” qəzetinə istinadən verdiyi xəbərə görə, Ərdoğan dünyada yayılan koronavirus xəstəliyi ilə bağlı öz tövsiyələrini verib.
“Məlum olduğu kimi dünyada koronavirus xəstəliyi yayılıb. Mümkündürsə indilərdə qucaqlaşmağı, öpüşməyi təxirə salaq”, - Türkiyə Prezidenti qeyd edib.