“İdlibdə baş verən hadisələr bizim lehimizədir. İdlibdə 3 hərbçimiz şəhid olub, rejimin itkisi isə çoxdur”.
APA-nın NTV telekanalına istinadən verdiyi xəbərə görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
O bildirib ki, Türkiyə ordusu “Adana razılaşması”na əsasən Suriyadadır.
“Rusiyanın dəstəyi olmasa, Əsəd (Bəşər Əsəd) ayaqda dura bilməz. Minlərlə insanı öldürən Əsədi dost olaraq qəbul etmirik”, - Türkiyə Prezidenti vurğulayıb.