Ərdoğan və Tramp İdlibdəki vəziyyəti müzakirə ediblər
28 fevral 2020 22:16 (UTC +04:00)

Ərdoğan və Tramp İdlibdəki vəziyyəti müzakirə ediblər

 

ABŞ Prezidenti Donald Tramp və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olub.

APA-nın verdiyi xəbərə görə, görüşdə ikitərəfli məsələlərlə yanaşı, İdlibdə baş verən son hadisələr, regional məsələlər müzakirə olunub.

Görüşlə bağlı Ağ Evdən verilən açıqlamada Trampın türk əsgərlərinə olan hücumu qınadığı bildirilib. Trampın, Suriyanın şimal-qərbindəki qarşıdurmaların azaldılması və insan fəlakətinin qarşısının alınması üçün Türkiyənin göstərdiyi səyləri dəstəklədiyi qeyd edilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1031
avatar

Oxşar yazılar