Bu gün Rusiya Ordusunun Kiyevə endirdiyi raket zərbələri nəticəsində yaponiyalı jurnalist yaralanıb.
Lent.az-ın UNİAN-a istinadən verdiyi xəbərə görə, bu barədə Kiyev meri Vitali Kliçko məlumat verib.
Yaponiyanın “The Asahi Shimbun” qəzetinin müxbiri Vataru Sekita Kiyevdə raket zərbələrinin endirildiyi mehmanxanaların birində olub. Yaralıya lazımi tibbi yardım göstərilib.