Qvatemalada adam öldürdü, Fransada mühakimə olundu, İndoneziyada yaxalandı
23 dekabr 2021 21:35 (UTC +04:00)

Qvatemalada adam öldürdü, Fransada mühakimə olundu, İndoneziyada yaxalandı

 

İndoneziya polisi 2001-ci ildən qırmızı bülletenlə axtarılan Fransa vətəndaşını həbs edib.

Lent.az-ın xəbərinə görə, 61 yaşlı kişi İndoneziyada bir adadan digərinə keçmək istəyərkən qayıqda nasazlıq yaranın. O, dostu ilə sahilə çıxıb polisə müraciət etdikdən sonra saxlanıb. Polis onun İnterpolun siyahısında olduğunu bildirib.

Sözügedən şəxs 1991-ci ildə Qvatemalada öz həmyerlisini öldürdüyü üçün vətəninə ekstradisiya olunub. Lakin məhkəməyə 6 ay qalmış ev dustaqlığından     qaçaraq 20 il müxtəlif ölkələrdə yaşayıb. Paris məhkəməsi onun barəsində qiyabi olaraq ömürlük azadlıqdan məhrumetmə hökmü çıxarıb.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1059
avatar

Oxşar yazılar