“Qutudakı uşağ”ın  kimliyi 65 il sonra TAPILDI
09 dekabr 2022 16:56 (UTC +04:00)

“Qutudakı uşağ”ın kimliyi 65 il sonra TAPILDI

Amerikada 65 il əvvəl öldürülən uşağın kimliyi DNT texnologiyası ilə tapılıb.

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ABŞ-ın Filadelfiya Polis Departamentinin rəisi Danil Outlau keçirdiyi mətbuat konfransında məlumat yayıb.

O, tarixin ən qədim üstü açılmamış cinayətlərindən birinə qurban gedən uşağın kimliyinin müəyyən edildiyini deyib.

Neçə illərdir insanları həm qəzəbləndirib, həm də maraqlandıran və “qutudakı uşaq” kimi yadda qalan qətlin qurbanının Cosef Auqustus Zarelli olduğu açıqlanıb.

İstintaqın hələ də davam etdiyini qeyd edən Outlau, uşağın ailəsi və qətlin səbəbi ilə bağlı təfərrüatları açıqlamaqdan çəkinib. O, daha çox məlumat əldə etmək üçün xalqı köməyə səsləyib.

Qeyd edək ki, 1957-ci ilin fevralında Filadelfiyanın “Fox Chase” məhəlləsində meşəlik ərazidə karton qutunun içində ədyala bükülmüş və təxminən 5 yaşlı oğlan cəsədi tapılmışdı. Tapılan zaman uşağın bədənində yara və döyülmə izləri var idi. Onun döyülərək öldürüldüyü ehtimal edilirdi. Qətl hadisəsi uzun illər Amerikada gündəm olmuşdu. Hətta son illər bütün dünyada marağa səbəb olan bu qətl haqqında sənədli filmlər belə çəkilib.

Balaca qurbanın cəsədi yerli qəbiristanlıqların birində “Amerikanın naməlum uşağı” yazılı məzarda dəfn olunub.

Uşağın tapıldığı ərazi 

Uşağın tapıldığı qutu 

Dəfn olunduğu məzar 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3237
avatar

Sevinc Fərid

Oxşar yazılar