Qorxunc iddia: İranda 440 kq zənginləşdirilmiş uran  var
19 fevral 2026 02:09 (UTC +04:00)

Qorxunc iddia: İranda 440 kq zənginləşdirilmiş uran var

0

“İran hakimiyyəti nüvə proqramının və ya onun məqsədlərinin bir hissəsini Beynəlxalq Atom Enerjisi Agentliyindən (BAEA) gizlədib”.

Lent.az xəbər verir ki, bunu Beynəlxalq Atom Enerjisi Agentliyinin baş direktoru Rafael Qrossi deyib.

Agentliyin direktoru bildirib ki, hazırda İranın nüvə silahı istehsal etdiyinə dair birbaşa dəlil yoxdur.

Lakin, İranda aparılan yoxlama zamanı mütəxəssislər nüvə proqramı ilə əlaqəsi olmayan yerlərdə zənginləşdirilmiş uran izləri aşkar ediblər.

“Bizim bəzi şeylərə çıxışımız var idi. Lakin biz zənginləşdirilmiş uranın izlərini görmüşdük və bu yerlər İranın nüvə proqramına heç bir əlaqəsi olmayan obyektlər idi. Əlbəttə ki, bir şeylər gizlədilmişdi”, - Qrossu "Foreign Policy"yə müsahibəsi zamanı deyib.

Qrossi qeyd edib ki, bu, Tehranın nəyisə gizlətdiyini göstərir. BAEA hesab edir ki, İran ərazisində təxminən 440 kq 60%-ə qədər zənginləşdirilmiş uran ola bilər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 188

Oxşar yazılar