Nigeriyanın Anambra ştatında qayığın aşması nəticəsində 76 nəfər ölüb.
Lent.az xəbər verir ki, bu barədə Nigeriya Prezidentinin mətbuat xidməti məlumat yayıb.
Hadisə ilə əlaqədar prezident başsağlığı verib.
Məlumata görə, 85 nəfərin olduğu qayıq ştatın Oqbaru rayonunda daşqın nəticəsində çevrilib.