Qardaşını insanlara peyvənd vurduğuna görə öldürdü
08 oktyabr 2021 17:17 (UTC +04:00)

Qardaşını insanlara peyvənd vurduğuna görə öldürdü

ABŞ polisi Merilend ştatında 3 nəfəri qətlə yetirən şəxsi saxlayıb.

Lent.az-ın xəbərinə görə, silahlı şəxsin qətlə yetirdiyi adamlar öz qardaşı, onun arvadı və 87 yaşlı qadın olub. O, ilkin dindirmə zamanı qardaşını qəsdən öldürdüyünü etiraf edib. Hadisə yerində olan 2 nəfər də silahlı hücumun qurbanı olub.

Məhkəmə prosesində təqsirləndirilən şəxsin anası şahid qismində dindirilib. Yaşlı qadın bildirib ki, oğlu tez-tez öz qardaşının insanları peyvənd yolu ilə zəhərlədiyini iddia edirmiş. Guya qardaşı hökumətin gizli tapşırığını yerinə yetirərək əhalini kütləvi zəhərləməklə məşğuldur. 

Təqsirləndirilən şəxsə 3 nəfəri öldürmək ittihamı irəli sürülüb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2109
avatar

Oxşar yazılar