Qadın polis əməkdaşını buna görə doğradı
11 dekabr 2022 14:01 (UTC +04:00)

Qadın polis əməkdaşını buna görə doğradı

ABŞ-da işdən sonra qazanc məqsədi ilə taksi xidməti ilə məşğul olan qadın polis əməkdaşı öldürülüb.

Lent.az-ın “NBC News”-a istinadən verdiyi xəbərə görə, hadisə Yeni Orleanda qeydə alınıb.

Belə ki, 10 ilə yaxındır polis bölməsində mühasib kimi çalışan 54 yaşlı İolanda Dillon işdən sonra sifarişə uyğun olaraq taksi xidməti göstərmək üçün 29 yaşlı Brendon Ceykobsa yaxınlaşıb. Sifarişə uyğun olaraq müştəri otelin yaxınlığına gətirilib. Bu zaman Brendon Ceykobs qəfil bıçaqla qadına zərbələr endirməyə və bunu mobil telefona çəkərək sosial şəbəkədə canlı yayımlamağa başlayıb. O, öz hərəkətini “kimisi öldürmək lazım gəlməsi” ilə izah edib.

Qadın avtomobildə çoxlu bıçaq yarası ilə aşkarlanıb və xəstəxanaya yerləşdirilib. Ancaq həkimlərin səyinə baxmayaraq, o, həyatını itirib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3516
avatar

Oxşar yazılar