Qadın aparıcılar  üzləri örtülü   halda ekrana çıxdılar - FOTO
24 may 2022 02:19 (UTC +04:00)

Qadın aparıcılar üzləri örtülü halda ekrana çıxdılar - FOTO

Əfqanıstanda administrasiyanı ələ keçirən Taliban əfqan qadın aparıcılardan yayım zamanı üzlərini örtmələrini tələb edib.

Lent.az xəbər verir ki, onlar üzləri örtülü şəkildə ekrana çıxıblar.

Talibanın bu qərarından sonra televiziya qarşısına çıxan qadın jurnalist və aparıcılar üzlərini örtüb, xəbərlərini burka ilə təqdim ediblər.

Digər tərəfdən, Etika Nazirliyinin sözçüsü Akif Məhəcər, keçən həftə verdiyi açıqlamada, burka qərarının tövsiyə xarakteri daşıdığını və 21 May tarixini burka geyinməyən qadınlar üçün son gün olaraq göstərdiyini bildirib.
 

# 1407
avatar

Oxşar yazılar