Portuqaliyada əlverişsiz hava 5 nəfərin  canını aldı
29 yanvar 2026 04:30 (UTC +04:00)

Portuqaliyada əlverişsiz hava 5 nəfərin canını aldı

0

Portuqaliyada güclü külək və yağıntılarla müşayiət olunan əlverişsiz hava şəraiti nəticəsində beş nəfər həyatını itirib.

Lent.az xəbər verir ki, hadisələr ölkədə rabitə problemlərinə, elektrik enerjisinin kəsilməsinə, ağacların və tikililərin aşmasına, yolların bağlanmasına və məktəblərin fəaliyyətinin dayandırılmasına səbəb olub.

Məlumata görə, küləyin sürəti bəzi ərazilərdə saatda 178 kilometrə çatıb. Xüsusilə ölkənin mərkəzi bölgəsi ciddi zərər görüb, sel təhlükəsi yaranıb və bir sıra avtomobil yolları bağlanıb.

Qeyd edək ki, daha əvvəl ABŞ-da güclü qar fırtınası və şaxtalar nəticəsində ölənlərin sayının 40-ı keçdiyi bildirilmişdi.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 212

Oxşar yazılar