“Porsche” bir milyard avro  zərər etdi
25 oktyabr 2025 00:56 (UTC +04:00)

“Porsche” bir milyard avro zərər etdi

0

Almaniyanın bahalı avtomobil istehsalçısı “Porsche” ilin üçüncü rübündə təxminən 1 milyard avro zərər etdiyini açıqlayıb.

Lent.az “Zeit” qəzetinə istinadla xəbər verir ki, proqnozlaşdırılandan da çox olan bu zərəri şirkət strateji yenidənqurma prosesi ilə izah edib.

Yanvar-sentyabr aylarında konsernin əməliyyat mənfəəti ötən ilin eyni dövrü ilə müqayisədə 99 faiz azalaraq 4 milyard avrodan 40 milyon avroya düşüb. Təkcə üçüncü rübdə 967 milyon avro əməliyyat itkisi qeydə alınıb.

Konsern xüsusilə Çində satışların azalmasından və ölkədəki lüks avtomobil bazarının iqtisadi zəiflik səbəbindən kəskin şəkildə daralmasından əziyyət çəkir. ABŞ-ın yüksək idxal rüsumları da şirkətə böyük zərər vurub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 238

Oxşar yazılar