"Polkovnik" ləqəbli xoruza banlamaq QADAĞASI:  600 nəfər petisiyaya  qoşuldu
07 fevral 2026 16:46 (UTC +04:00)

"Polkovnik" ləqəbli xoruza banlamaq QADAĞASI: 600 nəfər petisiyaya qoşuldu

0

Böyük Britaniyada yaşayan bir qadın “Polkovnik” ləqəbli xoruzunun həddindən artıq ucadan banlamasına görə öldürülə biləcəyindən narahatdır. Qadının qonşusunun sözlərinə görə, quşun səsi onun psixi vəziyyətinə mənfi təsir göstərir.

Lent.az xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.

“Xoruzun sahibi Syu Fartinq yerli bələdiyyənin ona təqdim olunan xəbərdarlıq bildirişindən şoka düşüb. Bildirişdə qeyd olunub ki, əgər o, xoruzu susdura bilməsə, məcburi tədbirlərlə üzləşəcək. O, quşu ölüm cəzası gözləyə biləcəyindən qorxur”, — deyə Daily Star nəşrinin materialında bildirilir.

Qeyd olunur ki, xoruzun müdafiəsi üçün petisiya yaradılıb və onu artıq 600-dən çox insan imzalayıb. Sənəddə vurğulanır ki, kənd təsərrüfatı heyvanlarının çıxardığı səslər kənd yerlərində gündəlik həyatın təbii və vacib hissəsi hesab olunur. Xoruzun istədiyi vaxt banlamasına icazə verilməlidir. Bununla yanaşı, bələdiyyə orqanları israrla “Polkovnik” ləqəbli xoruzun narahatlıq yaratdığını bildirir və quşun səsinin həyat tərzinə mənfi təsir etdiyini deyən narazı qonşulardan birindən şikayət aldıqlarını açıqlayırlar.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 252

Oxşar yazılar