Amerikalı reper P.Diddy (əsl adı Şon Kombs) Mayaminin Star-Aylend adasında yerləşən malikanəsini 55 milyon dollara satıb.
Lent.az xəbər verir ki, bu barədə TMZ portalı məlumat yayıb.
Məlumata görə, satış bazardan kənar razılaşma əsasında həyata keçirilib. Alıcı alışın maliyyələşdirilməsi üçün 18,5 milyon dollar məbləğində ipoteka krediti götürüb.
Qeyd edək ki, Şon Kombs 2025-ci ilin oktyabrında insanları fahişəliyə cəlb etmək məqsədilə daşımaq ittihamı ilə dörd ildən çox müddətə azadlıqdan məhrum edilib.
Həmin ilin iyulunda isə andlılar heyəti onu ömürlük həbs cəzası nəzərdə tutulan daha ağır ittihamlar – insan alveri və reketçilik üzrə təqsirsiz hesab etmişdi.