Rusiyanın paytaxtı Moskvada martın 7-i və 8-də parkinq pulsuz olacaq.
Lent.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Moskva Nəqliyyat Departamenti məlumat yayıb.
Şəhərdə yüksək tariflərin tətbiq olunduğu yerlərdə belə parkinq pulsuz olacaq.
Eyni zamanda, şlaqbaumlu parkinq bayramda ödənişli olaraq qalacaq.