Ermənistanın baş naziri Nikol Paşinyan özünütəcrid rejiminə keçib.
APA-nın "news.am"a istinadən verdiyi xəbərə görə, bu barədə baş nazirin mətbuat katibi Mane Gevorqyan deyib.
“Epidemik vəziyyətlə əlaqədar olaraq baş nazir özünü təcrid edib”, - mətbuat katibi bildirib.
Qeyd edək ki, vətəndaşlar N. Paşinyanın paytaxt İrəvan şəhərində dini mərasimdə iştirakının qarşısını almaq üçün kilsənin önünə toplaşıblar, lakin baş nazir mərasimə qatılmayıb.
Xatırladaq ki, Nikol Paşinyan ötən ilin yazında koronavirusa yoluxduğu üçün Moskvaya səfərini təxirə salmışdı.