Türkiyənin Afyonkarahisar vilayətində bir nəfər oyuncaq “Kalaşnikov”la yanacaqdoldurma məntəqəsini qarət edib.
Lent.az xəbər verir ki, yanacaqdoldurma məntəqəsinin qadın işçisini oyuncaq “Kalaşnikov” avtomatı ilə tapança ilə hədələyib, kassadakı pulu götürüb qaçan maskalı şəxs saxlanılıb.
Həmin şəxs istifadə etdiyi oyuncaq silahı parça-parça edərək qaçış yolunda yük avtomobilinin arxasına atıb.
Gödəkçəsini yaşayış binasındakı yanğın dolabında, ayaqqabılarını binanın xaricindəki havalandırma pəncərəsində gizlədib, maskasını və əlcəklərini isə yandırıb.