Avropa Dərman Agentliyi koronavirusun Omikron ştamına qarşı 2 vaksinin Avropa İttifaqında tətbiqinə icazə verib.
Lent.az-ın xəbərinə görə, agentlik “Pfizer/BioNTech” və “Moderna” şirkətlərinin 2 vaksininin Avropada tətbiqinə icazə verib.
Baş qərargahı Amsterdamda yerləşən agentlik bildirir ki, hər 2 vaksin yaşı 12-dən yuxarı olan şəxslərə tətbiq edilə bilər.
Qeyd edək ki, ABŞ və Kanada ötən həftə sözügedən vaksinlərin tətbiqinə icazə verib.