Omicron ştamı Londonda kəsin şəkildə artdı
21 dekabr 2021 00:16 (UTC +04:00)

Omicron ştamı Londonda kəsin şəkildə artdı

“Londonda Omicron ştamı kəskin şəkildə artıb və bununla bağlı xəstəxanaya yerləşdirilən insanların sayında da artım müşahidə olunub”.

Lent.az APA-ya istinadən xəbər verir ki, bu barədə Baş nazir Boris Conson bugün Nazirlər Kabinetinin iclasından sonra verdiyi açıqlamada deyib.

Baş nazir bildirib ki, hazırda yeni məhdudiyyətlər tətbiq edilməyəcək, lakin lazım gələrsə, hökumət hərəkətə keçməkdən çəkinməyəcək.

Boris Conson, həmçinin, 15 may 2020-ci il tarixində onun karantin qaydalarını pozmağına dair "Guardian" nəşrinin yaydığı iddialara da cavab verərək diqqətə çatdırıb ki, bu iclas iş xarakterli olub, hazırda ən əsası Omicronla bağlı məsələlərə diqqət çəkmək lazımdır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1368
avatar

Oxşar yazılar