Nyu-York metrosunda atışma nəticəsində bir nəfər yaralanıb.
Lent.az-ın məlumatına görə bu barədə şəhər polisi məlumat yayıb. Hadisə metronun N xəttində, Manhetten ərazisində baş verib. Sərnişinlərdən biri digərinin telefonunu istəyib, sonra isə onun ayağına atəş açıb.
Hadisə pik saatında baş versə də, telefon sahibindən başqa heç kim xəsarət almayıb.