Nigeriyada bir kəndin 30 sakini  qətlə yetirildi
04 yanvar 2026 20:52 (UTC +04:00)

Nigeriyada bir kəndin 30 sakini qətlə yetirildi

1

Nigeriyanın şimalındakı bir kənddə silahlı şəxslər tərəfindən ən azı 30 nəfər öldürülüb.

Lent.az xəbər verir ki, bu barədə "Vanguard News" məlumat yayıb.

Hücum edənlər həmçinin çox sayda sakini girov götürüblər.

Silahlı şəxslər motosikletlərlə kəndə daxil olub və ayrı-seçkilik etmədən atəş açıblar. Onlar mağazaları talan ediblər və yerli bazarı yandırıblar.

Qeyd edək ki, Nigeriyanın müxtəlif yerlərində böyük quldur dəstələri fəaliyyət göstərir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
1
# 920

Oxşar yazılar