Türkiyənin Osmaniyə vilayətinin Kadirli rayonunda polislə narkotik satanlar arasında atışma olub.
Lent.az yerli mediaya istinadən xəbər verir ki, polis satışın həyata keçirildiyi ərazdə əməliyyat aparıb.
Təhlükəsizlik qüvvələri içərisində şübhəli qismində 4 nəfərin olduğu avtomobili təqib edib.
Polsin “dur” əmrinə tabe olmayan şəxslər polislərə tərəfə atəş açıb.
Daha sonra onlar təhlükəsizlik qüvvələrindən qaçarkən başqa bir polis maşını ilə toqquşub.
Qarşı tərəfə atəşlə cavab verən polislər onlardan birini öldürüb.
Hadisədə yaralanan üç nəfərdən iksi xəstəxanaya, digəri isə polis bölməsinə aparılıb.