Müharibə cinayətlərini araşdırmaq üçün Ukraynaya laboratoriya hədiyyə edildi
05 may 2023 05:40 (UTC +04:00)

Müharibə cinayətlərini araşdırmaq üçün Ukraynaya laboratoriya hədiyyə edildi

 

Amsterdam Ukraynadakı hərbi cinayətlərin araşdırılması zamanı məhkəmə-tibbi ekspertizası üçün mobil laboratoriyanı Beynəlxalq Cinayət Məhkəməsinə təhvil verəcək.

Lent.az-ın xəbərinə görə, bu barədə Niderland Müdafiə Nazirliyinin rəhbəri Kaysa Ollonqren “Twitter” səhifəsində yazıb.
 
“Niderland BCM-yə mobil məhkəmə-tibbi laboratoriya bağışladığını elan edib. Ukraynada hərbi cinayətlərə dair sübutlar toplayan bizim kimi məhkəmə-tibb qrupları üçün vacibdir”, - Ollonqren yazıb.

O, bunun “təqsirkarların məsuliyyətə cəlb edilməsi üçün çox vacib olduğunu” vurğulayıb.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1176
avatar

Oxşar yazılar