Müəllim sillabusda pulun yerini bildirdi, tələbələr tapmadı
22 dekabr 2021 07:56 (UTC +04:00)

Müəllim sillabusda pulun yerini bildirdi, tələbələr tapmadı

ABŞ-ın Tennesi Universitetinin professoru maraqlı bir sınaq aparıb.

Lent.az-ın xəbərinə görə, müəllim tələbələrə yeni sillabus paylayarkən mətndə bəzi dəyişikliklər olduğunu deyib.

Əslində müəllim mətnin ortasında “seyfdə 50 dollar var, kod 15-25-35, birinci oxuyan götürsün”. Maraqlıdır ki, semestrin sonunadək 71 tələbədən heç biri bunu fərq etməyib.
Nəhayət, professor özü sirri açmağa məcbur olub. Maraqlıdır ki, o, işin səbəbini də izah edib: “hamı səthi oxuyur, yenilənmiş sənədlərdəki dəyişikliyi heç kim hiss etmir”.
Bununla belə, amerikalı professor öz sınağından razıdır. O, tələbələrə bildirib ki, yeni sınaqlar davam edəcək. diqqətli olan pul qazanacaq. 
Maraqlıdır ki, professorun bu sınağından sonra tələbələr daha həvəslə oxumağa başlayıblar.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1497
avatar

Oxşar yazılar