Rusiyanın paytaxtı Moskvada partlayış olub.
Lent.az yerli mediaya istinadla bildirir ki, hadisə Yeletskaya küçəsində baş verib.
Məlumata görə, naməlum şəxs yol polisinin xidməti avtomobilinin yanında partlayıcı qurğunu işə salıb. Nəticədə özü və iki polis əməkdaşı həlak olub.
Araşdırma aparılır.